Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Yevlaxda keçiriləcək. Elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" çempionluğa iddialı "Qarabağ"ı qonaq edir. Komandaların qarşısında fərqli hədəflər olsa da, hər ikisinin meydana qələbə üçün çıxacağı heç kimə sirr deyil. Bəlkə də ilk baxışdan Ağdam təmsilçisini asan oyun gözlədiyini düşünmək olar. Ancaq unutmayaq ki, "sarı-göylər" ikinci dövrədə Qurban Qurbanovun komandasına məğlubiyyət acısı yaşatmağı bacarıb.

 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXV tur

15:00. "Kəpəz" - "Qarabağ"

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax. Şəhər stadionu.