"Jirona"nın baş məşqçisi Miçel Sançes "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanı əvəz etmək istəyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Mirror" nəşrinə açıqlamasında danışıb:
"Özümü istənilən komandanı çalışdırmağa hazır hesab edirəm. "Mançester Siti"nin də bu fikri bölüşüb-pismədiyini bilmirəm. Əlbəttə ki, mühit fərqlidir, amma mənim uyğunlaşmaq qabiliyyətim var və sınamaq istəyirəm".
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2021-ci ildən "Jirona"nın "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında 2023/24 mövsümündə La Liqada üçüncü yeri tutub. Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.