Misli Premyer Liqasının 25-ci turunun üçüncü oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "İmişli"ni qonaq edəcək.
Hazırda aktivində 34 xal olan və tirnir cədvəlinin 6-cı pilləsində qərarlaşan meydan sahibləri avrokuboklara vəsiqə qazanmağa çalışır. Qonaqlar isə 22 xalla 9-cudur. "Pələnglər"in cari mövsümdə əsas məqsədi elitada qalmaqdı ki, bu missiya böyük ölçüdə yerinə yetirilib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası
III dövrə, XXV tur
19:15. "Neftçi" - "İmişli"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Palms Sports Arena",