"Milan" "Əl-Qədsiya"nın hücumçusu Mateo Reteqinin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

Mənbənin özlərinə görə, ötən həftə 26 yaşlı futbolçunun agenti və "qırmızı-qaralar"ın idman direktoru İqli Tare Reteqinin transfer variantlarını müzakirə ediblər.

 

Reteqinin artıq İtaliyada oynamaq təcrübəsi var. O, "Cenoa" və "Atalanta"nın formasını geyinib. 2025-ci ilin yayında isə Səudiyyə Ərəbistanına yollanıb.

 

Qeyd edək ki, futbolçu bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 18 qol vurub və 1 məhsuldar ötürmə edib.