"İmişli" ilə oyundan sonra istirahət edən "Araz-Naxçıvan" məşqlərini bu gün bərpa edəcək. Sport24.az xəbər verir ki, bu gün və sabahkı məşqlərdən sonra isə komanda Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyununda gücünü sınayacaq.

 

Sparrin-rəqib I Liqanın lideri "Şəfa" olacaq. Görüş oktyabrın 10-da, BOS-nın ehtiyat meydanında keçiriləcək və saat 15:00-da start götürəcək.