Türkiyəli basketbolçu Ege Derin karyerasını Azərbaycanda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə"Gəncə" klubunun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi oyunçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Ege Derin son olar ölkəsində "İlklər Şəhəri Uşak" komandasının formasını geyinib.