17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb.

 

Onun əvəzinə "Marcet"in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.

 

Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.