"Kəpəz" Futbol Klubunda növbəti dəfə rəhbər posta dəyişikliklər gerçəkləşə bilər. Spor24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Yeni rəhbərlik və sponsor komandaya heç bir maliyyə ayırmayıb. Bunu görən "başbilənlər", işə nəzarət edənlər rəhbərliyin dəyişməsi haqqında müəyyən fikir mübadiləsi aparıb.

Sentyabrda vidalaşdıqları İlqar Nadiri ilə də əlaqə saxlanılıb və postun yenidən ona veriləcəyi gündəmə gəlib. Hətta İlqar Nadiri onlarla görüşüb.

Sadəcə, komandanın növbəti matçlardakı çıxışına da fikir veriləcək. "Sarı-göylər" çempionatdakı növbəti oyunlarda özünü doğrulda bilməsə, böyük ehtimalla rəhbər dəyişikliyi baş tutacaq.

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının ilk yeddi matçında məğlub olub. Mayda Namiq Qədirov Gəncə təmsilçisinin İdarə Heyətinin sədri təyin olunmuşdu. Ardınca o bu vəzifədən ayrılıb və əvəzində Adil Vəliyev rəhbər olub.