Azərbaycanda fəaliyyətini dayandırmış "Gənclərbirliyi"nin sabiq baş məşqçisi Adel Amruş Ruanda millisi ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Ruanda Futbol Federasiyası qərar qəbul edib.
Onun müqaviləsinin vaxtından əvvəl ləğv olunduğu bildirilib. Yerli mətbuatda mütəxəssisin müqavilə şərtlərini ciddi şəkildə pozduğu qeyd olunub. Sözləşməyə pozuntuların hərtərəfli araşdırılmasından sonra xitam verilib.
Qeyd edək ki, Adel Amruş 2025-ci ilin martında bu posta təyin almışdı. O, ötən il dekabrın sonunda Azərbaycana səfər edərək bu ölkənin millisinin futbolçularını da izləmişdi.