"Sumqayıt" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Emil Mustafayev "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Mustafayev son olaraq Ukraynanın "Polessye" klubunda çıxış edib.