UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntarxt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

 

Satışa sabah, saat 12:00-da start veriləcək.

 

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

 

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

 

Qeyd edək ki, qarşılaşma yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.