"Beşiktaş" futbolçusu Elan Rikardonu icarəyə verib. Sport24.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ölkəsinin "Deportes Tolima" klubuna keçib.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu mövsümün sonuna kimi yeni klubunda çıxış edəcək.
Qeyd edək ki, Elan Rikardo mövsümün birinci dövrəsini Braziliyada "Atletiko Paranaense"də keçirib.