İspaniyanın "Real" klubu daha üç futbolçu itkisi ilə üzləşib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin oyunçularından Din Heysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın 27-ci turunda "Selta" ilə matçda iştirak edə bilməyəcəklər.
Onlar "Xetafe"ya 0:1 hesabı ilə uduzduqları 26-cı turun qarşılaşmasında cəzalı duruma düşüblər. Heysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün bu halla üzləşib.
"Xetafe" ilə görüşdə Rauf Asensio, Cud Bellinqem, Eduardo Kamavinqa, Dani Sebalyos, Eder Militao və Kilian Mbappe zədə səbəbindən meydana çıxa bilməyiblər.
"Selta" – "Real" oyunu martın 6-dan 7-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.