"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ailəsi ilə təcili olaraq Səudiyyə Ərəbistanını şəxsi təyyarə ilə tərk edib.  Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçunun təyyarəsi bu gün səhər saatlarında Madridə enib.

 

Ronaldo nişanlısı Corcina Rodrigez və beş uşağı ilə birlikdə İspaniyanın paytaxtına yollanıb. 

 

Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi fonunda şəhər ötən həftənin sonlarında dron hücumlarına məruz qalıb. 

 

Bu mövsüm 41 yaşlı futbolçu "Əl-Nəsr" üçün bütün yarışlarda 22 oyunda 20 qol vurub.