Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, hazırlıq prosesinə 19 cüdoçumuz (12 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədov başçılıq edir.

 

Qeyd edək ki, 13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.