"Liverpul"un hücumçusu Federiko Kyeza karyerasını yenidən "Yuventus"da davam etdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, 28 yaşlı italyan Turin klubu üçün illik 6 milyon avro maaş endiriminə razı olub.

 

Mənbə bildirir ki, Kyeza "Yuventus"a dönüş variantını ciddi şəkildə nəzərdən keçirir.

 

Federiko Kyeza 2024-cü ilin yayında "Yuventus"dan "Liverpul"a transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 21 oyunda meydana çıxaraq 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki,  futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.