Misli Premyer Liqasında sentyabrın ən yaxşı qolunun müəllifi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

"Şamaxı"nın legioneri Andrey Tirkoveanunun IV turda "Karvan-Yevlax"a vurduğu qol ən yaxşı adına layiq görülüb.

 

I Liqada bu nominasiyada Ruslan Voronsov, II Liqada Tural Məmmədzadə birinci olub.