"Çox çətin olacağını bilirdik". Sport24.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov deyib.

Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya qalib gəldikləri (5:3) matçdan sonra fikirlərini bölüşüb:

"Təəssüf ki, hesabda önə keçdiyimiz vaxtda belə iki qol buraxdıq. Burada oynamaq hər komanda üçün çətindir. Beş qol vurmaq isə xüsusilə çətindir. Bu gün qələbə bizim üçün çox vacib idi. Səhvlərimizi təhlil edəcəyik və Azərbaycan yığması ilə oyuna hazırlaşacağıq. Növbəti matçda qalib gəlməsək, bu qələbənin heç bir mənası qalmayacaq".

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək.