Dieqo Maradonanın "Boka Xuniors"da geyindiyi ilk 10 nömrəli forma beynəlxalq hərracda 27 min dollara satılıb. Sport24.az xəbər verir ki, bu barədə hərracı təşkil edən qurumun mətbuat xidməti məlumat yayıb.
Maradona formanı 1981-ci il iyulun 26-da "Kolon"a qarşı rəsmi matçda geyinib. Onun orijinallığı və mənşəyi sənədləşdirilib.
Hərrac təşkilatçılarının sözlərinə görə, orijinallıq sertifikatı keçmiş hücumçu Karlos Morete tərəfindən təqdim edilib və o, formanı birbaşa Maradonadan hədiyyə olaraq alıb.