Mövsümün ikinci yarısına hazırlaşan"Araz-Naxçıvan" və "Qəbələ" bu gün yoxlama matçında üz-üzə gəliblər. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə bitib.
"Qırmızı-qaralar"ın yeganə qolunun müəllifi Prins Ovusu olub. O, 38-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. "Qəbələ" isə "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.