Federiko Kyeza "Yuventus"a qayıtmaq üçün hətta maaşından güzəştə getməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
28 yaşlı italiyalı futbolçu əvvəllər İngiltərə Premyer Liqasında qalmağı düşünürdü, amma "Yuventus" formasını yenidən geyinmək arzusu onu hərəkətə gətirib. O, keçmiş baş məşqçi Spalletti ilə işləmək və keçmiş kapitan Kiyellini ilə yenidən görüşmək fürsətini yüksək qiymətləndirir.
Qeyd edək ki, Federiko Kieza cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 21 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.