Haiti, İran, Kot-d'İvuar və Seneqal millilərinin azarkeşləri, bu ölkələrin vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağa səbəbindən bu il keçiriləcək dünya çempionatına yollana bilməyəcəklər. Sport24.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

 

ABŞ-a yalnız bu yığmaların oyunçularına, məşqçilərinə və rəsmi nümayəndə heyətinin digər üzvləri yollana bilər.

 

Qeyd edək ki, DÇ-2026 üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir 11 iyun - 19 iyul tarixləri arasında davam edəcək.