"Real"ın baş məşqçisi postundan gedən Xabi Alonsonun işsiz günləri çox çəkməyəcək. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, ispan mütəxəssis tezliklə İngiltərə Premyer Liqasında çalışa bilər.
Mənbənin sözlərinə görə, Alonso hazırda bəzi varinatları nəzərdən keçirir. "Liverpul" ispan məşqçinin xidmətində maraqlıdır. "Qırmızılar" Alonsonun namizədliyini gözdən keçirir.
Qeyd edək ki, "Liverpul" "Real" yollanmamışdan öncə mütəxəssislə danışıqlar aparırdı. Lakin həmin vaxt Alonso "kral klubu"nun təklifini dəyərləndirdi.