AFFA Region Liqasında yarışan komandanı turnirdən kənarlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Söhbət "İstlal" komandasından gedir. AFFA İntizam Komitəsi həmin klubla bağlı bunu qeyd edib:

 

28 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan İstiqlal FK-Sabirabad FK oyununun İstiqlal FK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İstiqlal FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin və bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)