"Əl İttihad" klubunun prezidenti Ənmar Əl Həlili, Lionel Messini komandasında görmək istədiyini və bu transferin qarşısında heç bir maneə olmadığını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Purely Football" məlumat yayıb.

Əl Həlili bildirib ki, əgər Messi "Əl İttihad" ilə müqavilə bağlamağı qəbul edərsə, ona istədiyi qədər maaş, istədiyi müddət və hətta ömürlük müqavilə təklif edəcək.

2023-cü ildə PSG-dən ayrıldıqdan sonra Messi "İnter Miami"də karyerasını davam etdirib. Əl Həlili, o dövrdə Messiyə 1,4 milyard avro təklif etdiyini, ancaq Messinin bu təklifi rədd etdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda "İnter Mayami"nin şərəfini qoruyan Messi karyerası ərzində PSJ və "Barselona" kimi klubların formasını da geyinib.