Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, son çempion "Sabah" NTD ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan görüş "bayquşlar"ın 133:65 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.