17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, Matç İsrail yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandamızın yeganə qolunu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.

 

11 oktyabr

 

İsrail (U-17) - Azərbaycan (U-17) 5:1

 

"Park de Sport" stadionu, Sen-Pol-le-Daks.