DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək Ukrayna - Azərbaycan matçının təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sebastyan Qishamer olacaq. Ona laynsmanlar Roland Riedel və Santino Şrayner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.
VAR-da Manuel Şuettenqruber əyləşəcək. AVAR isə Kristian-Petru Çioçirka olacaq.
Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması oktyabrın 13-də saat 22:45-də Polşanın Krakov şəhərində baş tutacaq.