"Fənərbaxça"nın müdafiəçisi Çağlar Söyüncü İstanbulda klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" türkiyəli futbolçunu transfer etmək istəyir.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qara qartallar"ın baş məşqçisi Sergen Yalçın Çağların oyununu bəyənir. "Beşiktaş" rəhbərliyi yanvar ayında 29 yaşlı mərkəz müdafiəçisini icarəyə götürmək üçün onun klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Fənərbaxça" Çağlar Söyüncünü 2024-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxddığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.