"Mən FIFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı". Sport24.az xəbər verir ki, bu sözləri UEFA-nın keçmiş prezidenti Mişel Platini deyib.

 

O, VAR texnologiyasına dair sərt fikirlərini belə açıqlayıb:

 

"Futbolun təbiiliyini qorumaq lazımdır. Mən yalnız ofsaydı müəyyən etmək üçün VAR-dan istifadə edərdim. Qalan hər şey təfsirdən asılıdır. Ona görə də hakimlərə oyunu futbol qaydalarına uyğun şərh etmək imkanı verilməlidir".