"Neftçi"bin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
"Palms Sports" Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.Seminarda komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.