Bu gün Bakıda Azərbaycan Basketbol Liqasının (ABL) II turunun son oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Sərhədçi" öz idman kompleksində "Lənkəran"ı qəbul edəcək.

 

Görüş saat 14:00-da başlayacaq. Növbəti oyunu isə "Naxçıvan" və "Sumqayıt" komandaları arasında olacaq. Bu matç saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, tur çərçivəsində artıq dörd oyun baş tutub. "Neftçi"yə "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94),"Sabah" NTD-yə (133:65) qalib gəlib.