Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni reytinq siyahısını açıqlayıb. Sport24.az-ın məlumatına görə, cədvəldə Azərbaycanın dörd komandası yer alıb.
Daha 14 pillə irəliləyən "Qarabağ" 82-ci olub.
"Sabah" (81 xal) 302-dən 296-ya qalxıb.
"Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) 380-dən 407-yə düşüb.