"Arsenal" bu qış hücumçular Qabriel Jezus və Leandro Trossarı, eləcə də müdafiəçi Oleksandr Zinçenkonu satmağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, London klubu Zinçenkonu cari mövsümün sonuna qədər "Nottingem Forest"də icarəyə götürməsinə baxmayaraq, yanvarda satmağı planlaşdırır. Müdafiəçi başqa kluba keçə bilər.

 

Trossard da son maaş artımına baxmayaraq "topçular"ı tərk etməyə yaxındır.

 

Qeyd edək ki, London klubu adıçəkilən futbolçulardan heç birini məcburiyyətdən satmaq niyyətində deyil. Ancaq onlara görə sərfəli təklif alacağı halda dəyərləndirməyə hazırdır.