Serbiya millisinin hücumçusu Duşan Vlahoviç gələn il "Yuventus"dan "Bavariya"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Münhen klubu futbolçunun diqqətlə izləyir və 2026-cı ilin yayında onu pulsuz transfer imkanlarını araşdırır.

 

Vlahoviçin "Yuventus"la müqaviləsi cari mövsümün sonunda başa çatır. FİFA qaydalarına əsasən, futbolçunun cari müqaviləsinin bitməsinə 6 ay qalmış (2026-cı ilin yanvarı) yayda istənilən klubla pulsuz transferlə bağlı danışıqlar aparmaq hüququ var.

 

Qeyd edək ki, Turin klubu Vlahoviçlə yeni müqavilə imzalamaq fikrində deyil. O da məlumdur ki, serb illik 22,2 milyon avro məvaciblə İtaliya A Seriyasında ən çox qazanan oyunçudur.