Oktyabrın 19-da Mingəçevirin kişilərdən ibarət "Kür" həndbol komandası Avropa Kubokunun cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, komandamız AHF Arenada Macarıstanın "Balatonfüredi KSE" klubunu qəbul edəcək.
Saat 17:00-da başlanacaq oyunu tribunadan izləmək və komandamızı dəstəkləmək üçün https://iticket.az/events/sport/european-handball-cup/181320 linki vasitəsilə bilet ala bilərsiniz. Qarşılaşma Gənclər və İdman Nazirliyinin "YouTube" kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, Macarıstanda keçirilmiş ilk görüş rəqibin qələbəsi ilə (42:19) başa çatıb.