Bu gün "Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq. Sport24.az  xəbər verir ki, "bayquşlar" "doğma divarlar" arasında Almaniya təmsilçisi "Alba" ilə üz-üzə gələcək. 

 

Milli Gimnastika Arenasında baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək. 

 

Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa "Elan"ına qarşı keçirəcək.