"Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynov Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Qaradağ Lökbatan"la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

"Ağdaş"ın baş məşqçisi oyununun 45-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. "Ağdaş" komandası isə 1000 manat cərimələnib.

 

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin "Qaradağ Lökbatan" – "Ağdaş" oyununun 76-cı dəqiqəsində "Ağdaş" komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Ağdaş" komandası 1000 manat cərimə edilsin (maddə 52.4);