Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar. Sport24.az AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya - Litva qarşılaşmasını idarə edəcəklər.

 

Qeyd edək ki, oyun oktyabrın 16-da Belqradın "Voydovaç" İdman Mərkəzində keçiriləcək.