Braziliya millisinin və "Santos"un hücumçusu Neymar karyerasını A Seriyasında davam etdirə bilər. Sport24.az ESPN-ə istinadən xəbər verir ki, futbolçu ilə İtaliyanın iki klubu - "İnter" və "Napoli" maraqlanır.

 

Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçu bu qış, Braziliya klubu ilə müqaviləsi başa çatdıqdan sonra Avropaya qayıtmağı düşünür.

 

Neymar öz formasını bərpa etmək və Braziliya yığmasının baş məşqçisi Karlo Ançelottinin diqqətini çəkmək və gələn il keçiriləcək dünya çempionatında millinin heyətində olmaq istəyir.