Kamerun millisinin hücumçusu Vensan Abubakarın "Neftçi"yə keçidi baş tutmayacaq. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Buna 33 yaşlı hücumçunun çox maaş tələb etməsi mane olub.

Beləliklə, tərəflər arasındakı danışıqlar dayandırılıb.

"Neftçi" ötən aydan Abubakarla danışıqlar aparıb.

Qeyd edək ki, "Portu", "Beşiktaş", "Loryan" və "Əl-Nəsr" klublarında çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.