"Mançester Yunayted" "Yuventus"un hücumçusu Kənan Yıldızla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı türkiyəli futbolçu İngiltərə klubunun 2026-cı ilin yayında prioritet transfer hədəfi olacaq.
"Qırmızı şeytanlar" Turin klubunun aparıcı oyunçularından biri üçün 80 milyon avrodan çox ödəməyə hazırdır. Bununla belə, "Mançester Yunayted" gənc istedad üçün "Çelsi" və "Arsenal"la rəqabət apara bilər.
Qeyd edək ki, Yıldız bu mövsüm bütün turnirlərdə 12 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.