İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24xəbər verir ki, Berqamo təmsilçisi "Bavariya"dan müdafiəçi Lyubo Pulyiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Xorvatiyanın U-19 yığmasının üzvü olan Pulyiç "Bavariya"nın B komandasında çıxış edirdi. "Atalanta" müdafiəçi üçün 2.8 milyon avro ödəyib.