İngiltərə millisinin və "Everton"un qapıçısı Cordan Pikford millinin heyətində ardıcıl 10 oyundur qapısını toxunulmaz saxlayır. Sport24.az xəbər verir ki, bu göstərici son olaraq İngiltərənin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Latviya üzərində 5:0 hesablı qələbəsindən sonra yenilənib.
Pikford millidə son dəfə 2024-cü il oktyabrın 10-da UEFA Millətlər Liqasının B Liqası, 2-ci qrupunun 3-cü turunda Yunanıstana qarşı (1:2) keçirilən oyunda qol buraxmışdı.
Həmin qarşılaşmadan sonra o, Yunanıstan (3:0), İrlandiya (5:0), Albaniya (2:0), Latviya (3:0), Andorra (iki dəfə — 1:0 və 2:0), Serbiya (5:0), Uels (3:0) və son olaraq Latviya (5:0) oyunlarını "quru" hesabla başa vurub.
Qeyd edək ki, Tomas Tuxelin rəhbərliyi altında İngiltərə yığması Avropa zonasında DÇ-2026-ya vəsiqəni təmin edən ilk komanda olub.