Kişi basketbolçulardan ibarət ABŞ millisinin yeni baş məşqçisi bəlli olub. Sport24.az xəbər verir ki, yığma Erik Spoelstraya tapşırılıb.
Onun müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.
2008-ci ildən "Mayami" komandasının baş məşqçisi olan 54 yaşlı mütəxəssis millidə Stiv Kerri əvəzləyib.
Qeyd edək ki, Erik Spoelstra daha əvvəl yığmada köməkçi məşqçi kimi çalışıb.