III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol üzrə üçüncü yer uğrunda matç baş tutub. Sport24.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət millisi Özbəkistana qalib gələrək (3:1) bürünc medal qazanıb.

 

Qeyd edək ki, voleybol turnirinə bu gün yekun vurulacaq. Həlledici qarşılaşmad Belarus və Rusiya komandaları üz-üzə gələcək.