Super Liqa təmsilçisi "Fatih Karagümrüy"ün baş məşqçisi Marsel Liçka Türkiyə çempionatının 8-ci turunda "Qaziantep"ə 0:2 hesablı məğlubiyyətdən sonra komandasını tənqid edib. Sport24.az "Hüriyyət"ə istinadən xəbər verir ki, çexiyalı mütəxəssis həm komandasını, həm də özünü eşşəyə bənzədib:

 

"Problem ondadır ki, qol vurmuruq. Amma buraxdığımız qollar uşaq səhvləridir. İkinci hissədən əvvəl ilk yarını təhlil etdik. Və sonra göstərdiyim mövqelərdən qol buraxdıq. Hər iki qol tamamilə eyni idi. Super Liqa səviyyəsində belə səhvlərə yol verə bilmərik, amma eşşək kimi təkrar edirik. Mən bir nömrəli eşşəyəm. Məsuliyyət tamamilə mənim üzərimdədir. Biz səkkiz oyun keçirdik və birində qalib gəldik. Türkiyə liqası səviyyəsində komandamız yoxdur".

 

Qeyd edək ki, "Fatih Karagümrük" bu mövsüm səkkiz matçda yeddi dəfə məğlub olub.