"Millinin məşqçilərinin hər birinə təşəşkkür edirəm. Mənə güvənib komandaya dəvət etdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan yığmasına ilk dəfə dəvət alan "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.

26 yaşlı yarımmüdafiəçi bunları deyib:

"Çox sevindim. Tez bir zamanda millinin formasını geyinmək istəyirəm. Bunun üçün səbirsizlənirəm".

Hacıyev komandaya daim dəvət almaq üçün çalışacağını söyləyib:

"Düşünürəm ki, hələlik heç nə etməmişəm. Daimi olmaq üçün daha çox çalışmalıyam".

O, yığmanın qarşıdakı matçları ilə bağlı qısa danışıb:

"Bu oyunlarda əlimizdən gələnin ən yaxşısını etməliyik. Meydana da bunun üçün çıxacağıq".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 10-da Fransa, üç gün sonra Ukrayna ilə üz-üzə gələcək