Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start veriləcək. Sport24.az xəbər verir ki, açılış turunun ilk oyununda "Gəncə" "Azerreyl"i qəbul edəcək.
Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.
Qeyd edək ki, I turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.