UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Sabah"ın U-19 komandasının Fransada "Nant"a qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, mərhələnin ilk matçını Maltadan olan FIFA referisi İşmael Barbara idarə edəcək.
Ona həmyerliləri Lyuk Portelli və Dunkan Spens kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə fransalı Remi Landri yerinə yetirəcək.
Qeyd edək ki, ilk görüş oktyabrın 22-də Fransada, Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək. Cavab oyunu isə noyabrın 5-də paytaxtımızda oynanılacaq.